Biləsuvarda qardaş qardaşı güllələyərək qətlə yetirib, daha 1 nəfəri isə yaralayıb

Biləsuvarda qardaş qardaşı güllələyərək qətlə yetirib, daha 1 nəfəri isə yaralayıb Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə ötən gün axşam saatlarında Amankənd ərazisində qeydə alınıb.

İlkin məlumata görə, həmin kəndin sakini, 29 yaşlı Adil Alim oğlu Əliyev qardaşı tərəfindən güllə ilə vurularaq qətlə yetirilib. Digər kənd sakini, 25 yaşlı Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Tarix: 1-02-2017, 09:47
Xəbəri paylaş





Xəbər lenti