Qurbanına çəngəllə işgəncə verən “vor zakon” 10 il iş aldı

Qurbanına çəngəllə işgəncə verən “vor zakon” 10 il iş aldı Qanuni oğru Şalva Çxenkelenin işi üzrə məhkəmə işi yekunlaşıb.

24.saat.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Xonskiy ləqəbli “vor zakon” cəzasını ciddi rejimli islah əmək koloniyasında çəkməklə 10 il həbs cəzasına məhkum edilib.


Çxenkeli ata və oğul olan biznesmenlərə işğəncə verməkdə ittiham olunur.

Qeyd edilir ki, Vladimir Krujalenko adlı şəxs 90-cı illərdən kommersiya fəaliyyəti ilə məşğul olub. 10 il sonra oğlu Sergey də atasına qoşulub.

Biznesləri yaxşı gedirmiş. Sergeyin uşaqlıq dostlarından biri ata və oğulun pulu biznesi haqda içki məclislərinin birində söz açıb. Həmin zaman orda Şalva Çxenkeli və diğər qanuni oğru- Vova Piterskiy ləqəbli İqor Qlaznev olub.

Qanuni oğular qərara gəlirlər ki, Krujalenkoların bizneslərin əllərindən alsınlar. 2006-cı ildə onların bandası ata və oğulu oğurlayaraq şəhərdəki saunalardan birinə gətirirlər. 2 saatdan çox buxarla, isti hava ilə işgəncə verirlər. Şalva Sergeyin qollarını çəngəllə deşik –deşik edir.

Biznesmenlərin halı pisləşəndə onları Sergey Krujalenkoya məxsus mənzilə gətirirlər. Burada igəncələr davam edir. Onları məcbur etmək istəyirlər ki, adlarına olan bizneslərini banda üzvlərinin adlarına keçirsinlər.

Lakin bu zaman evə Sergeyin anası zəng edir. Sergey hər şeyin yaxşı olduğunu desə də səsindən şübhələnir. Milisə zəng edir. Milislə birgə oğlunun evinə gələn qadın yarımcan ərini və oğlunu tapır.

“Məncə Lavrova sual verən jurnalistin işdən qovulması təşəbbüsü Polad Bülbüloğlundan gəlib”
Vladimir Krujalenko az sonra xəstəxanada keçinir. Oğlu isə sağalır. Banda üzvlərindən ikisi 2007-ci ildə həbs olunur.

2012-ci ildə İqor Qlaznev bu işlə bağlı 15 il həbs cəzasına məhkum edilir.

İstintaqdan ən çox gizlənən Şalva Xonskiy olur. O yalnız 2015-ci ildə həbs olunur və bu cinayətdə əlinin olmasını qəti inkar edir.

Lakin istintaq zamanı onun cinayətdə iştirakı sübut olur. Nəhayət 2017-ci ildə Moskvaşəhər, Lyublino rayon məhkəməsi onun barəsində hökm çıxarır.

Məhkəmə zalında oğlunun hansı vəhşiliyi törətdiyini eşidən Şalvanın atasının halı pisləşib və o dünyasını dəyişib. Siam.az
Tarix: 1-02-2017, 22:38
Xəbəri paylaş





Xəbər lenti