Azərbaycanlı gənc ermənilər tərəfindən girov götürülüb

Azərbaycanlı gənc ermənilər tərəfindən girov götürülüb Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ermənilərə əsir düşmüş şəxslə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Tarix: 2-02-2017, 14:58
Xəbəri paylaş





Xəbər lenti