İcra başçısı Badamdarda sakinləri qazsız qoydu

İcra başçısı Badamdarda sakinləri qazsız qoydu Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 2-ci yaşayış massivi 2-ci döngəyə təbii qazın verilişi dayandırılıb.


Sakinlərin Moderator.az -a verdiyi xəbərə görə, onların bu soyuq şaxtalı qış günündə qazsız qalmasına səbəb hazırda ermənilər tərəfindən işğal olunan Şuşa şəhərinin icra başçısıdır.
Belə ki, icra başçısı özünə tikdirdiyi möhtəşəm villaya qaz çəkdirdiyinə görə, 2 ci massiv 2 ci döngəyə gələn qazı müvəqqəti olaraq dayandırılıb.
Sakinlər icra başçısının evinin fotolarını da saytımıza göndərib. Amma sayt olaraq fotoları yaymağı məqbul bilmirik hələ ki.
Tarix: 2-02-2017, 16:00
Xəbəri paylaş





Xəbər lenti