Bakıda məktəbli sinif yoldaşını niyə bıçaqladı? – VİDEO

Bakıda məktəbli sinif yoldaşını niyə bıçaqladı? – VİDEO Xəbər verdiyimiz kimi, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

Bu gün səhər saat 8 radələrində, dərs başlamamışdan əvvəl 9-ci sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Məktəblilərin sözlərinə görə, Nemət Elturanı elə o məktəbdə təhsil alan bacısına görə bıçaqlayıb.

Oxu.Az “XəzərXəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:
Tarix: 3-02-2017, 22:00
Xəbəri paylaş





Xəbər lenti