Xəstəxanada daha bir ölüm hadisəsi – Həkimlər günahlandırılır

Xəstəxanada  daha bir ölüm hadisəsi – Həkimlər günahlandırılır Bakıda xəstəxanada serroz xəstəliyindən müalicə olunan 62 yaşlı kişi ölüb.
“Report”un xəbərinə görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.


Belə ki, serroz xəstəliyindən əziyyət çəkən 1955-ci il təvəllüdlü Hüseynov Vüqar paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. O, müalicə aldığı xəstəxanın reanimasiya şöbəsində dünyasını dəyişib. Onun yaxınları V.Hüseynovun ölümündə həkimləri günahlandırır.
V.Hüseynovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 4-02-2017, 15:27
Xəbəri paylaş





Xəbər lenti