Bərdədə xərçəng xəstəsi olan məcburi köçkün qadın intihar edib

Bərdədə xərçəng xəstəsi olan məcburi köçkün qadın intihar edib Bərdədə 66 yaşlı qadın özünü binadan ataraq intihar edib.
APA-nın xəbərinə görə hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.
Bərdədə bina 2, mənzil 38 ünvanında yaşayan Ağdam rayon Mərzili kəndindən məcburi köçkün 1956-cı il təvəllüdlü Eminova Sahibə Allahverdi qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.
APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, S. Eminova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çıxış yolunu intiharda görüb.
Faktla bağlı Bərdə rayon Prokurorluğu araşdırma başlayıb.
Tarix: 5-02-2017, 20:49
Xəbəri paylaş





Xəbər lenti