Şəmkir sakini toyda döyüldü

Şəmkir sakini toyda döyüldü Şəmkirdə döyülmə faktı qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, Şəmkir şəhər sakini, 1955-ci il təvəllüdlü Həsənov Hidayət Müseyib oğlu sağ gözün zədəsi, kəllə beyin travması və beyin silkələnməsi xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

H. Həsənovun dediyinə görə, o, tanışı tərəfindən toyda döyülüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tarix: 6-02-2017, 06:52
Xəbəri paylaş





Xəbər lenti