Poroşenko silah-sursat üçün Bakıya HEYƏT GÖNDƏRDİ

Poroşenko silah-sursat üçün Bakıya HEYƏT GÖNDƏRDİ Ukrayna hərbi texnika almaq üçün Azərbaycana müraciət edib.

Publika.az xəbər verir ki, bunu Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko "İnterfaks-Ukrayna”ya açıqlamasında deyib.


Onun sözlərinə görə, Azərbaycan və Ukrayna hərbi-texniki əməkdaşlığı genişləndirmə məsələlərini müzakirə etmək niyyətindədir.

"Hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası tezliklə keçiriləcək. Bakıya böyük nümayəndə heyəti gələcək. Hərbi-texniki sferada Azərbaycanla dərin əməkdaşlıq etmək niyyətindəyik”, - deyə səfir bildirib.

O, 1990-cı illərdə Ukraynanın Azərbaycana hərbi yardımlar etdiyini xatırladıb.

A.Mişenko qeyd edib ki, Azərbaycan və Ukrayna münasibətlərində hərbi-texniki sferada əməkdaşlıq həmişə prioritet olub.

Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Ukraynaya səfəri planlaşdırılıb.

Miq.az
Tarix: 6-02-2017, 21:57
Xəbəri paylaş





Xəbər lenti