Prezident “Azəriqaz”a qəzəblənib: Daha bir rayonda qaz kəsildi, dava düşdü - Təcili

Prezident “Azəriqaz”a qəzəblənib: Daha bir rayonda qaz kəsildi, dava düşdü - Təcili “Azəriqaz” İstehsalat Birliyinin yerli şöbələri abonentləri boğaza yığıb. Qış gələndən regionlarda İstismar İdarələri vətəndaşların başına oyun açır

Onların gah qaz xətləri kəsilir, gah təchizat dayandırılır, gah da qəza-təmir adı ilə fasilələr verilir. Bu vəziyyət də qışın sazağında camaatı evlərində donmağa məhkum edir. Politika.Az-a verilən məlumata görə, Göyçay sakinləri rayon Qaz İdarəsindən şikayətçidirlər.

Fevralın 1-də insident yaşanıb. Göyçay Qaz İstismar İdarəsinin işçiləri xeyli sayda abonentin borca görə xəbərdarlıq etmədən qaynaq vasitəsi ilə evlərinə gedən qaz xətlərini kəsib.

Artıq neçə gündür ki, qarın yağması, havanın şaxtalı olması onsuz da çətin vəziyyətdə olan sakinlərin yaşayışını daha da çətinləşdirib. Nəsrəddin Tusi küçəsində növbəti abonentin qazını kəsməyə cəhd edərkən qaynaqçılarla abonent arasında insidentdə baş verib.

Ölkə qaz problemindən əziyyət çəkir. Soyuqlar düşər-düşməz paytaxt Bakı da daxil olmaqla bütün yaşayış məntəqələrində mənzillərə verilən mavi yanacağın təzyiqi aşağı düşüb.

Tarif Şurası noyabrın 28-də kommunal xidmətlərin bahalaşması ilə qərar verib. Təbii qazın qiyməti Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında artırılıb.

SOCAR bir sıra “səbəblər” sadalayandan sonra Tarif Şurasından təbii qazın min kubmetrinin bütün istehlakçılar üçün 180 manat müəyyən edilməsini istəyib.

Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Politika.Az-a verilən məlumata görə, "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi ölkə başçısı İlham Əliyevin qəzəbinə gəlib.

Səbəb isə əhalinin son günlər ən çox bu qurumdan şikayətçi olması və SOCAR-ın tabeliyində olan "Azəriqaz"ın hakimiyyət üçün əməlli-başlı problem yaratmasıdır.

“Azəriqaz” Dövlət Neft Şirkətinin tabeliyinə keçəndən sonra uzun illər bu sahədə təcrübəsi olan işçilər də dəyişdirilib. Artıq həmin “Azəriqaz”dan əsər-əlamət yoxdur “Azəriqaz” İB-nin tabeliyində olan idarə və sahələrinə təcrübəsiz və savadsız kadrlarla doldurub.

Hətta qurumda mühəndis texniki sahələrdə calışan işcilərin 43,25 %-ixtisasca mühəndis olamasi bir kənara hətda təhsilləri olmayan şəxslər belə vəzifə başındadir.

Maraqlıdır ki, qurumun struktur bölmələrində çalışan çilingər fəhlə heyyətinin 33,25 % ali texniki təhsilli olan şəxslərdən təşkil olunub
Tarix: 8-02-2017, 16:14
Xəbəri paylaş





Xəbər lenti