Jurnalistin evi qarət olundu

Jurnalistin evi qarət olundu AzNews.az saytının əməkdaşı Bahar Rüstəmlinin evi qarət olunub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonun Biləcəri qəsəbəsindəki yeni yaşayış massivindəki həyət evində baş verib. Fevralın 8-də saat 15:00 radələrində evə girən nəmalum şəxslər jurnalistə məxsus təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Araşdırma aparılır.

Siam.az
Tarix: 9-02-2017, 10:49
Xəbəri paylaş





Xəbər lenti