Ata oğlunu öldürən gəlinini bağışladı: "Nuridə 7 il gəlinim olub..."

 Ata oğlunu öldürən gəlinini bağışladı: "Nuridə 7 il gəlinim olub..." Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com-un məhləmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi kimi qətlə yetirilən Vüqar Kərimovun atası Safa Kərimov çıxış edib.

O, məhkəmədən gəlinin bağışlanmasını istəyib.

"Nuridə 7 il gəlinim olub. Pis bir xasiyyətin görməmişəm. Bir hadisədir olub. Övladları var. Xahiş edirəm onu bağışlayasınız"- deyə mərhumun atası Kərimov Safa bildirib.

N.Kərimova əri tərəfindən tez-tez döyüldüyünü ancaq hadisə zamanı onu bıçaqlamaq niyyətinin olmadığını bildirib.

Məhkəməyə digər şahidlər gəlməyib. Onların məcburi gətirilməsi ilə bağlı məhkəmə ötən prosesdə qərar çıxarmışdı.

Növbəti proses fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.

Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış.

İ.Muradov
Tarix: 9-02-2017, 14:23
Xəbəri paylaş





Xəbər lenti