"Sınıq Körpü" postunda külli miqdarda siqaret ələ keçirildi

"Sınıq Körpü" postunda külli miqdarda siqaret ələ keçirildi Azərbaycana qaçaqmalçılıq yoluyla külli miqdarda siqaret keçirilməsi cəhdinin qarşısı alınıb.

Missiya.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti məlumat yayıb.


Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" Gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn "Mercedes Benz 240" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətinə bəyan edilməyən, aksiz markası ilə markalanmayan 4400 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 11-02-2017, 08:30
Xəbəri paylaş





Xəbər lenti