Bakıda məmurlar milyonlar xərclənən parkı dağıtdılar - FOTO

Bakıda məmurlar milyonlar xərclənən parkı dağıtdılar - FOTO Xətai rayonu ərazisində 2 il öncə yaradılan fəvvarələr və şəlalələr kompleksi dağıdılır. Kompleksin ətrafı bağlanıb və əraziyə ağır texnika yeridilib. Qaynarinfo.Az istipress-ə istinadən xəbər verir ki, park ərazisi yolun dar olması səbəbindən sökülür.

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, Yusif Səfərov küçəsində yenidənqurma işləri aparılır. Küçənin 28 may və Üzeyir Hacıbəyli küçələri ilə kəsişməsinədək olan hissəsində söküntü işləri aparılır. Bu da həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi planıyla bağlıdır: "Genişləndirmə işləri sözügedən ərazidə sıxlığın azalmasına gətirib çıxaracaq".
Bakıda məmurlar milyonlar xərclənən parkı dağıtdılar - FOTO/VİDEO
Bakıda məmurlar milyonlar xərclənən parkı dağıtdılar - FOTO
Yusif Səfərov küçəsi

Qeyd edək ki, sözügedən kompeks 2015-ci ilin fevral ayının 4-də istifadəyə verilib. Açılışda prezident İlham Əliyev də iştirak edib. Ölkə başçısına məlumat verilib ki, uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Fəvvarələrə müxtəlif rəngli 700-dən artıq işıq effekti quraşdırılıb.
Tarix: 11-02-2017, 20:56
Xəbəri paylaş





Xəbər lenti