Murovda həlak olmuş Azərbaycan əsgəri dəfn edildi

Murovda həlak olmuş Azərbaycan əsgəri dəfn edildi O doğulduğu rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Azərbaycan Silahlı Qüvvələrini Murovdağda həlak olmuş əsgəri Ülvi Əhməd oğlu Rüstəmov bu gün doğulduğu Ağcabədi rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.


İstiPress-in Qarabağ bürosunun məlumatına görə, dəfndə həlak olmuş əsgərin yaxınları ilə bərabər, hərbiçilər və rayon İH-nin nümayəndələri də iştirak ediblər.

Hadisə fevralın 9-u axşam saatlarında baş verib. Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub. Müdafiə Nazirliyi hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirib.

Allah rəhmət eləsin!

Siam.az
Tarix: 12-02-2017, 09:29
Xəbəri paylaş





Xəbər lenti