Bakıxanov Ticarət Mərkəzində kütləvi dava düşüb, gənc oğlan bıçaqlanıb

Bakıxanov Ticarət Mərkəzində kütləvi dava düşüb, gənc oğlan bıçaqlanıb Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.
“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakıxanov Ticarət Mərkəzində (“Razin talkuçka”sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib. M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Tarix: 13-02-2017, 13:31
Xəbəri paylaş





Xəbər lenti