Bərdə sakini qaçırdığı avtomobillə qəza törədib

Bərdə sakini qaçırdığı avtomobillə qəza törədib Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Siam.az APA-ya istinadən xəbər verir ki, Bərdə rayon sakini, 21 yaşlı Nicat Xaliq oğlu Məmmədli rayon mərkəzi bazarının qarşısında dayanmış avtomobili qaçırıb.

Fiziki qüsurlu olduğu deyilən N.Məmmədli idarə etdiyi avtomobili dəmir hasara çırpıb. Onun ağır xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 20-02-2017, 22:06
Xəbəri paylaş





Xəbər lenti