Əfqan Muxtarlının oğurlanmasında şübhəli bilinən Gürcü Nazir müavini işdən azad edildi

Əfqan Muxtarlının oğurlanmasında şübhəli bilinən Gürcü Nazir müavini  işdən azad edildi Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili birinci müavini Besik Amiranaşvilini işdən azad edib.
Amiranaşvili 2016-cı ilin yanvar ayından DİN-nin birinci müavini vəzifəsini tuturdu. O, patrulpolisi və mərkəzi criminal polisinin departamentini kurasiya edirdi. Amiranaşvilinin işdən azad edildiyini nazir patrul polisi departamentinin əməkdaları ilə keçirdiyi müşavirədə deyib.
Xatırladaq ki, Əfqan Muxtarlı onu oğurlayanların kriminal polis geyimində olduğunu demişdi.

Siam.az
Tarix: 11-06-2017, 00:22
Xəbəri paylaş





Xəbər lenti