32 yaşlı Mingəçevir sakini həyatını təhlükəyə ataraq övladını xilas edib

32 yaşlı Mingəçevir sakini həyatını təhlükəyə ataraq övladını xilas edib Mingəçevirdə ata övladını xilas etmək üçün öz həyatını təhlükəyə atıb.

“Report"un xəbərinə görə, hadisə Şəhriyar küçəsi 1, mənzil 20-də qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Elşən Firdovsi oğlu Məmmədov evin pəncərə şüşəsinin güclü külək nəticəsində qırılaraq azyaşlı övladının üzərinə tökülməsinin qarşısını alıb. O, özünü lay şüşənin qarşısına verib. Nəticədə E.Məmmədov əl, qol və bilək nayihələrinin kəsilmə və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, ilkin tibbi yardımdan sonra əməliyyat olunub.

Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti sabitdir.
Tarix: 11-06-2017, 23:42
Xəbəri paylaş





Xəbər lenti