Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bakı prospektində qeydə alınıb.

Gəncə səhər sakini, 1965-ci il təvəllüdlü Vahid Mahir oğlu İbrahimov idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunu yol kənarındakı restoranlardan birinin qarşısında saxlayıb. Avtobusun təkərində yaranmış nasazlığı aradan qaldırmaq məqsədi ilə maşını avtokran vasitəsi ilə qaldırıb. Ehtiyatsızlıq nəticəsində avtomobil V.İbrahimovun üstünə aşıb. Nəticədə, sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Siam.az
Tarix: 14-06-2017, 03:27
Xəbəri paylaş





Xəbər lenti