Londonda 27 mərtəbəli yaşayış binası yanır - 30 nəfər xəsarət alıb ( VİDEO)

Londonda 27 mərtəbəli yaşayış binası yanır - 30 nəfər xəsarət alıb ( VİDEO) Londonun mərkəzində 27 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend-in yerli polisə istinadən verdiyi xəbərə görə, hazırda sakinlərin təxliyəsi həyata keçirilir. İki nəfərin dəm qazından zəhərləndiyi bildirilir.

Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında baş verən yanğında azı 30 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Britaniya paytaxtının təcili-tibbi yardım xidməti "Twitter" səhifəsində məlumat yayıb.

Zərərçəkənlərin hamısı şəhər xəstəxanalarına çatdırılıblar.

Yanğının söndürülməsi üzrə işlər aparılır.
Tarix: 14-06-2017, 10:41
Xəbəri paylaş





Xəbər lenti