Lənkəranda naməlum şəxs evə basqın edərək ana və qızını bıçaqlayıb

Lənkəranda naməlum şəxs evə basqın edərək ana və qızını bıçaqlayıb Lənkəranda naməlum şəxs evə basqın edib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhərində, Telman Bağırov 32 ünvanında baş verib.

Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş cinayətkar həmin ünvandakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yaralılardan biri 40, digəri 63 yaşındadır. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 21-06-2017, 03:23
Xəbəri paylaş





Xəbər lenti