Bakıda intihar edən qadın: "O məmur əl çəkməsə özümü öldürəcəm" -VİDEO
Aysel adlı qadın intihar etdiyi xəstəxanadan video çəkərək növbəti dəfə eyni addımı atacağını açıqlayıb. Video yayımlayan qadın 4 qutu dərman içdiyini və intihara cəhd etdiyini bildirib. O buna səbəb kimi, Rüstəm adlı şəxsin onu rahat buraxmaması ilə izah edib. Qadın sözügedən şəxsin hüquq-mühafizə orqanlarının birində yüksək vəzifədə çalışdığını və həmin şəxsin onun rəfiqələrinə zor tədbiq edərək qadın alverçisi olduğunu zorla yazdırdığını dilə gətirib. Qadın videoda dava-dalaşın səbəbini də söyləyib.
Qeyd edək ki, qadın səhifəsində bir neçə dəfə intihar anonsu verib. O bu dəfə alınmayan intihar cəhdini yenidən gerçəkləşdirəcəyini deyib.
Tarix: 23-06-2017, 23:28