Azərbaycanda qız üstündə qanlı dava: öldürüb qamışlığa atdılar

Azərbaycanda qız üstündə qanlı dava: öldürüb qamışlığa atdılar Sumqayıt şəhərində qətl törədilib.

Hadisə 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığındakı qamışlıq ərazidə baş verib. Şəxsiyyəti hələlik tam məlum olmayan şəxs Astara sakini, 23 yaşlı Taleh Babazadəni bıçaqlayaraq öldürüb.


Bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi açılıb.

///Lent.az
Tarix: 29-06-2017, 11:05
Xəbəri paylaş





Xəbər lenti