Sumqayıtda 23 yaşlı gənci öldürən şəxs tutuldu

Sumqayıtda 23 yaşlı gənci öldürən şəxs tutuldu Sumqayıtda 23 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və o, orada ölüb.

Sumqayıt ŞPİ və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, Şəmkir rayonu ərazisində tutulub.
Tarix: 29-06-2017, 13:30
Xəbəri paylaş





Xəbər lenti