Polis Bakıda avtobusdan düşüb yoxa çıxan qadını axtarır

Polis Bakıda avtobusdan düşüb yoxa çıxan qadını axtarır Bakıda 45 yaşlı qadın itkin düşüb.

Lent.az-ın xəbərinə görə, General Şıxlınski küçəsində yaşayan 50 yaşlı İdrak Maqsudov polisə müraciət edərək bildirib ki, həyat yoldaşı Elmira Budaqova iyunun 24-də Nəsrəddin Tusi küçəsində 62 saylı marşrut avtobusundan düşərək naməlum istiqamətə gedib. Həmin vaxtdan sonra qadından xəbər almaq mümkün olmayıb.

Axtarış tədbirləri həyata keçirilir.

Tarix: 2-07-2017, 21:27
Xəbəri paylaş





Xəbər lenti