Bakıda avtobusda içi dollarla dolu pulqabı tapıldı

Bakıda avtobusda içi dollarla dolu pulqabı tapıldı Bu gün səhər saatlarında "BakuBus" avtobusunda vətəndaşa məxsus portmanat tapılıb.

Milli.az xəbər verir ki, portmanatda sahibinə məxsus müxtəlif sənədlər və xarici valyuta aşkar olunub.

"BakuBus"dan sayta bildiriblər ki, itirilmiş əşyanın sahibi şirkətin Zığ -Hövsan yolu 1 km. 1 ünvanında yerləşən inzibati binasına yaxınlaşıb öz əşyasını götürə, yaxud da *4242 "qaynar xətti" və ya (012) 404-11-10 nömrəli telefonla əlaqə saxlaya bilər.
Tarix: 3-07-2017, 21:10
Xəbəri paylaş





Xəbər lenti