Nazirlik işçilərini döyənlər ələ keçdilər – VİDEO

 Nazirlik işçilərini döyənlər ələ keçdilər – VİDEO Lerikdə meşəçilərə ağır bədən xəsarətləri yetirən ata və iki oğlu tutulub
ARB TV xəbər verir ki, iyulun 1-də gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin “Qaz 66” markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu bildirib.
Dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin moto pilə ilə ağacları kəsdiyinin şahidi olublar. Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib.

Eyvaz Babayev (müəssisənin direktoru): “İdris mənim başıma ağacla zərbə endirəndə sağ əlimi qaldırdım. Zərbə nəticəsində sağ əlim sındı. Növbəti zərbədə sol əlimi qaldırdım, ona da zərbə vurdu. Sonra oğlu gicgahıma və boynuma zərbələr endirdi. Onlar əsasən gecə vaxtı hərəkət edirdilər. Bunlar 14 nəfər idilər. Bir həftə içində pusub onları tuta bilmirdik. Nəhayət o gecə tutduq”.
Əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər. Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb. Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb.
Lənkəranın Gəgiran kənd sakinləri İdris Novruzov və onun oğlanları Adil Novruzov və Rövşən Novruzov Lerik rayon polis əməkdaşları tərəfindən saxlanılıblar.
Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Siam.az
Tarix: 6-07-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti