Qadın ailəsindəki toyu yasa döndərdi

Qadın ailəsindəki toyu yasa döndərdi




Xaçmazda 4 uşaq anası özünü asıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gecə saat 22:00 radələrində Xaçmaz rayonunun Xanlıqoba kəndində baş verib.

41 yaşlı Natəvan Ramazan qızı Qurbanova yaşadığı evin damının altındakı borudan özünü kəndirlə asıb. Kənd sakinlərinin sözlərinə görə, bu gün N. Qurbanovanın qaynı evində toy olmalı idi və bununla əlaqədar hamı toy məclisinə hazırlaşırmış.

Elə N. Qurbanova da toy evindən qayıdandan sonra intihar edib. Qohumlarının sözlərinə görə, axşam saatlarında N. Qurbanova səssiz-səmirsiz məclisi tərk edib və bir daha qayıtmayıb.

Mərhumun qızları toyda analarını görməyincə, onu axtarmağa başlayıblar və onu evlərində asılmış vəziyyətdə tapıblar. Qurbanovların ailəsində toy yasa dönüb.

Hadisə ilə bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.


Tarix: 6-07-2017, 16:51
Xəbəri paylaş





Xəbər lenti