Sürücü sükan arxasında öldü – Yük maşını gözəllik salonuna çırpıldı – VİDEO

Sürücü sükan arxasında öldü – Yük maşını gözəllik salonuna çırpıldı – VİDEO Astarada ölümlə nəticələnən yol qəzası baş verib

ARB TV xəbər verir ki, maye qaz daşıyan “Volvo” markalı yük maşını Astara-Şahağacı yolunda aşıb.

İran vətəndaşı 40 yaşlı Seyid Məhəmməd Reyhaninin ürəktutmadan halı pisləşib, nəticədə o, idarəetməni itirərək yoldan çıxıb. Yük maşını aşandan sonra yolun kənarındakı gözəllik salonuna çırpılıb.

Hazırda FHN-in xilasediciləri deformasiyaya uğramış avtomaşının içərisindən sürücünün cəsədi çıxarılaraq təhvil verilib.

Siam.az
Tarix: 7-07-2017, 16:25
Xəbəri paylaş





Xəbər lenti