Qubada müəmmalı ölüm: qadın və kişi maşında yandı – VIDEO

Qubada müəmmalı ölüm: qadın və kişi maşında yandı – VIDEO Qudyalçayın Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığından keçən hissəsində çayın üzərindəki körpünün altında yanmış “VAZ 21 06” markalı avtomobil tapılıb
“Report”un xəbərinə görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım cəlb olunub.
Məlum olub ki, avtomobildə olan qadın və kişi yanaraq ölüb. Hadisənin baş verməsinin səbəbləri bəlli deyil. Ölən şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Bu arada sayt Quba rayon prokuroru Valeh Səmədovun hadisənin baş verdiyi ərazidə olduğu barədə əlavə məlumat yayıb. Quba Rayon Prolurorluğundan isə bildirilib ki, hazırda təcili-təxirəsalınmaz istintaq əməliyyatları aparılır: “Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qəzada yanaraq həlak olan hər iki şəxsin kimliyini müəyyənləşdirmək üçün polis və məhkəmə tibbi ekspertləri birgə iş aparır. Ən yaxın zamanda qəzanın əsl səbəbləri və ölən şəxsləri kimliyi bəlli olacaq”.
Siam.az
Tarix: 8-07-2017, 00:36
Xəbəri paylaş





Xəbər lenti