Xaçmazda 1 nəfər öldürüldü, digərini isə yaraladılar

Xaçmazda 1 nəfər öldürüldü, digərini isə yaraladılar Xaçmazda qətl hadisəsi baş verib.

Siam.az report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qusarçay kəndində qeydə alınıb.
Belə ki, kənddə iki nəfər bıçaqlanıb. Hadisə nəticəsində Qusarçay kənd sakini, 1978-ci il təvəlüdü Hacıyev Məhərrəm Pirəmməd oğlu ölüb, 1976-cı il təvəllüdlü həmkəndlisi Mustafayev Məzahir Şabəddin oğlu isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub.
Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Siam.az
Tarix: 8-07-2017, 12:31
Xəbəri paylaş





Xəbər lenti