Bakıda xəstəxanada faciə: Ana və bətnindəki körpə öldü
Azərbaycanda daha bir doğuş faciəsi baş verib.Lent.az xəbər verir ki, Xətai rayonu, Yusif Səfərov küçəsi, 12 ünvanında yerləşən Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuş vaxtı vəfat edib.
33 yaşlı qadınla birgə bətnindəki körpəsi də ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Tarix: 14-07-2017, 06:59