Vaqif Şıxəliyevin bazarında tökülən qan niyə yerdə qaldı? - İLGİNC

Vaqif Şıxəliyevin bazarında tökülən qan niyə yerdə qaldı? - İLGİNC «Uzun müddətdir intriqa yuvası olmuş və qalmaqalları, məhkəmə çəkişmələri ilə gündəmdən düşməyən «Bakı Mərkəzi Bazar» MMC Vaqif Şıxəliyevin əlindən alındı, artıq Vaqif Şıxəliyev öz canının hayındadır. Amma onun bizə vurduğu mənəvi və maddi ziyan havada qalıb, bazarda onun qanunsuz apardığı tikinti zamanı baş vermiş ölüm işi isə hələ də ört-basdır edilməkdədir…».
Bu sözlər V.Şıxəliyevin əlindən alınmış «Bakı Mərkəzi Bazar» MMC-nin bir qrup səhmdarlarının adından Bakı şəhər Prokuroru İlqar Abbasova yazılmış şikayət məktubunda qeyd olunur. Onların sözlərindən belə məlum olur ki, adı çəkilən ticarət mərkəzi Vaqif Şıxəliyevin əlindən alınsa da, onun rəhbərliyi dövründə baş vermiş bir sıra qanunsuzluqlar Nəsimi rayon prokuroru Salman Məmmədlinin və Bakı şəhər Prokurorluğunda onunla yaxın qohumluq və dostluq əlaqələrində olmuş bəzilərinin köməkliyi sayəsində ört-basdır edilmişdir.
Aşağıda qeyd olunan şikayət ərizəsini ixtisarla və bəzi düzəliş-şərhlərlə təqdim edirik:
Bakı şəhər Prokuroru cənab İlqar Abbasova!
Çox hörmətli İlqar müəllim!

Bildiyimiz qədər, Siz əvvəllər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləmisiniz. Cənab Baş Prokuror Zakir Qaralovun etimad göstərərək Sizi Bakı şəhər Prokurorluğuna rəhbər göndərməsi bizim də ürəyimizdən oldu. Çünki çalışdığımız bazarda indiyədək baş verən bir sıra qanunsuz hərəkətlərin və cinayətlərin üstünün basdırılması hələ də bizi ciddi narahat edir, inanırıq ki, Siz onların baiskarlarının cəzalandırılmasını təmin edəcəksiniz. Halbuki ərazi dislokasiyası baxımından, Nəsimi rayon Prokurorluğu və prokuror Salman Məmmədli bu qanunsuzluqların canlı və ya birbaşa şahididir, lakin bu günədək heç bir tədbir görməmiş, əksinə, bazarın sahibi Vaqif Şıxəliyevi bütün var gücü ilə müdafiə etmişdir.
Vaqif Şıxəliyevi bazarında tökülən qan niyə yerdə qaldı?-BAKI ŞƏHƏR PROKURORUNA ŞİKAYƏT-VİDEO
Bircə faktı qeyd edək ki, 2014-cü ilin fevralın 1-də günorta saatlarında bizim də işlədiyimiz, Bakının Nəsimi rayonunda yerləşən və əslində rəsmi sənədlər əsasında deyə bilərik ki, qanunsuz fəaliyyət göstərən "Bakı Mərkəzi Bazar" MMC ərazisində bazarın sahibi Vaqif Şıxəliyev tərəfindən aparılan qanunsuz tikilən yeni obyektin 3-cü mərtəbəsindən ağlay üzlük daşı bazardan keçən Bakı şəhər sakini Mais Cəbrayılovun başına düşmüş, nəticədə onun başı deşilmiş, zərbədən huşunu itirən zərərçəkən yerə yıxılmışdır, ətraf qan gölməçəsinə çevrilmişdir. Ölümcül vəziyyətdə olan M.Cəbrayılov hadisə şahidlərinin köməyi ilə Təcili Tibbi Yardım Xəstəxanasına (“Semaşko”) aparılmışdır. Biz də dərhal ora getdik, amma bir sutka sonra bəd xəbər aldıq ki, Mais Cəbrayılov ölmüşdür. Bu barədə həmin dövrdə bir sıra KİV-lərdə məlumatlar dərc olunmuşdur. Bundan başqa, hadisə barədə Bakı şəhər Prokurorluğunun, Nəsimi rayon Prokurorluğunun, Daxili İşlər Nazirliyinin rəsmi elektron poçtlarına bu barədə məlumatlar göndərilmişdir, əgər həmin elektron poçtlara baxılsa, söylədiklərimiz təsdiqini tapar. Həmçinin bu qanlı hadisə barədə məlumatlar əsasında “Space” TV-də geniş sujet də göstərildi. Amma Vaqif Şıxəliyev hadisə baş verən gün “Space” telekanalının əməkdaşlarını aldatmağa, guya belə bir hadisənin olmadığını sübut etməyə cəhd etmişdir. Lakin TV-nin sujetindən bəlli olurdu ki, telejurnalistlərə əvvəlcə yaralı kimi göstərilən başqa bir şəxs heç də Mais Cəbrayılov deyilmiş. O, bazarda çalışan Güloğlan Rəhmanov adlı şəxs idi, qanlı hadisə baş verən tikintidə fəhlə işləyirdi. Sonradan o da məlum oldu ki, sən demə, həmin tikinti qanunsuz olduğundan onun sahibi Vaqif Şıxəliyev TV əməkdaşlarının hadisə yerinə gəlməsi xəbərini eşidəndə dərhal burada fəhlə işləyən Güloğlan Rəhmanovu yerə yıxıb başına daş düşdüyü deyilən şəxs kimi təqdim etmişdir. Fəhlə işləyən Güloğlan Rəhmanov da özünü TV əməkdaşlarına Mais Cəbrayılov kimi təqdim edərək açıqlama vermişdir ki, guya burada elə hadisə baş verməyib, o, sadəcə, huşunu itirib qəfil yerə yıxılanda başı qanayıb. Amma bu qurama səhnə təşkil edənlər ətrafdakı qan gölməçəsindən xəbərsiz idilər.
Hörmətli İlqar müəllim!
Sonradan Mais Cəbrayılovu əməliyyat edən cərrah Əmralı Yusifov (şöbə müdiridir) və növbətçi həkim Nicat Məmmədov SPACE-TV əməkdaşlarına yaralının ölümcül vəziyyətdə olduğu barədə müsahibə vermişdir (həmin video sujeti təqdim edirik). Lakin Mais Cəbrayılov dünyasını dəyişdi, amma bizi yandıran budur ki, Nəsimi rayon pokuroru Salman Məmmədli nəinki həmin dövrdə, heç sonralar da bu ölüm işinə görə kimsəni dindirmədi, cinayət işini, necə deyərlər, Mais Cəbrayılovun ölümünə səbəb olan daşın altına qoyub susdu. Bu necə ola bilər. Elə belə qanunsuzluqlarının cavabsız olduğunu görən Vaqif Şıxəliyev şəriki və qudası Məmmədağa İbrahimova məxsus əraziyə hücum təşkil etdirdi, sonuncunun qaynı olan Namiq adlı şəxsin ölümcül döyülməsini təşkil etdi. Yaralı Namiq adlı şəxs isə xəstəxanaya yerləşdirildi, bu qanlı hadisə də Nəsimi rayon prokuroru Salman Məmmədlinin ayağına yazıldı, o, bütün cəhdi ilə Vaqif Şıxəliyevi və bu hücumda ona dəstək vermiş, hazırda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunmuş «Gündəlik Bakı» qəzetinin baş redaktoru olmuş Habil Vəliyevi sudan quru çıxartdı. Niyə? Bu idimi baş verən qanlı hadisələrin araşdırılmasına prokuror nəzarəti???
Hörmətli İlqar müəllim!
Onu da deyək ki, Vaqif Şıxəliyev, Habil Vəliyev, həmçinin Daşkəsən RİH başçısı Əhəd Abiyevin və digər bəzi şəxslərin birgə qanunsuz hərəkətləri həmişə beləcə ört-basdır edilmişdir. Sizdən xahiş edirik, bu gün sahibi olduğu bazarın qanunsuz hərəkətlərinin qurbanı olmuş Vaqif Şıxəliyevin və onunla həmfikir olmuş digər şəxslərin, eləcə də ona hüquqi dəstək vermiş Nəsimi rayon prokuroru Salman Məmmədlinin ciddi cəzalandırılmasına göstəriş verəsiniz. Həmin şəxslərin oylağı olmuş, «Bakı Sirk»inin ərazisində qanunsuz fəaliyyət göstərən «Görüş» restoranının fəaliyyətinin yoxlanılmasını təmin edəsiniz.
Sonda: cənab Prezident İlham Əliyev iki gün əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general Novruzəli Orucovu övladının qanunsuz hərəkətlərinə görə işdən qovdu. Bu barədə keçirilən müşavirədə cənab Prezident bir daha bildirdi ki, məmurlar, yüksək dövlət adamları vətəndaşların şikayətlərini diqqətlə dinləyib tədbir görməyə borcludurlar. Qanunsuz əməllərlə məşğul olan məmurlara bir daha güzəşt olunmayacaq! Biz də inanırıq ki, bu şikayətimizdə göstərilən xüsusatlar diqqətlə araşdırılıb qanuni tədbirlər görüləcəkdir».
-Bəs Vaqif Şıxəliyevin bazarı niyə bağlandı?
-Vaxtilə bu bazarda törədilmiş qanunsuz hərəkətlər kimlərin sayəsində ört-basdır edilmişdir?
-Doğrudanmı «Bakı Mərkəzi Bazar»da ölən Mais Cəbrayılovun qanı yerdə qalacaq?!

(Davamı var)
«Təzadlar»
Tarix: 14-07-2017, 19:16
Xəbəri paylaş





Xəbər lenti