Qadın sürücü maşınla 9 yaşlı qızı vurub öldürdü
Qusar-Xudat yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib."Report" xəbər verir ki, yolun Qusarın Ləgənqışlaq kəndi ərazisindən keçən hissəsində 9 yaşlı Məryəm Zərbəliyevanı maşın vuraraq öldürüb.
Hadisəni 1962-ci il təvəllüdlü Nərmin Məmmədova idarə etdiyi avtomobillə törədib. Məryəm hadisə yerində ölüb.
Faktla bağlı Qusarın hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Tarix: 16-07-2017, 21:25