Balaxanıda 19 yaşlı gəncə qonşusu 5 bıçaq zərbəsi vurdu

Balaxanıda 19 yaşlı gəncə qonşusu 5 bıçaq zərbəsi vurdu Bakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub.
Siam.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində 1999-cu il təvəllüdlü Hüseynzadə Natiq Nizami oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib. Mübahisə nəticəsində onun bədənin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi vurulub. Ağır vəziyyətdə olan N.Hüseynzadə 3 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. (report)
Tarix: 23-07-2017, 08:52
Xəbəri paylaş





Xəbər lenti