Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının fotoları

Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının fotoları Türkiyənin Bursa vilayətinin Osmanqazi qəsəbəsində mağaza sahibinə qarşı quldur basqını həyata keçirən və Azərbaycan vətəndaşlarının fotoları yayılıb.

Virtualaz.org xəbər verir ki, həmin 4 cinayətkarın fotolarını polis qaynaqları Bursanın yerli xəbər saytlarından birinə ötürüb.

Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının fotoları
Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının fotoları
Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının fotoları
Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının fotoları








* * *16:18

Türkiyənin Bursa vilayətinin Osmanqazi qəsəbəsində biznesmenə qarşı quldur basqını həyata keçirən 4 Azərbayan vətəndaşı həbs olunub.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, kənd təsərrüfatında istifadə olunan dərmanların satışı ilə məşğul olan mağazada işləyən Azərbaycan vətəndaşı, 23 yaşlı Dilqəm Bağırov daha 3 Azərbaycan vətəndaşı ilə əlbir olaraq həmin iş yerinin sahibi Ekrem Sancarı zor tətbiq etməklə soyub. Onlar mağaza sahibinin əllərini və ayaqlarını bağlayaraq cibindəki pulları qəsb ediblər.

Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının fotoları

Soyğunçular daha sonra çox güman ki, Azərbaycana qaçmaq üçün İstanbulun Atatürk hava limanına gəliblər, lakin orada polis tərəfindən saxlanılıblar. Bildirilir ki, bir müddət əvvəl Dilqəm Bağırov mağazada özünü Bilge Bağrol kimi tanıdaraq işə düzəlib, Azərbaycan vətəndaşı olduğunu gizlədib. İyulun 22-də mağaza sahibi, 49 yaşlı Ekrem Sancar ona məxsus sahənin dərmanlanması üçün Bağırovla birlikdə zeytun bağına gedib. Orada Bağırov Sancara deyib ki, 3 dostu iş axtarır, tapa bilmir. “Səninlə görüşmək istəyir”-Bağırov mağaza sahibini inandırıb. Sancar bu təklifi qəbul edib, Bağırov həmin tanışlarına zəng urub və onlar tezliklə həmin ünvana gəliblər. Orada Bağırov və tanışları Sancarı əvvəlcə döyüblər, sonra əllərini və ayaqlarını bağlayıb cibindəki pulları, kredit kartlarını və çeklərini götürüblər.
Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının fotoları


Soyğunçular bununla da kifayətlənməyib və Ekrem Sancarın 10 ALL 09 nömrə nişanlı yük maşınını qəsb ediblər, onlar Ekrem Sancarı zorla maşına mindirib qəsəbədən çıxarıblar və yol kənarında dərəyə atıb gediblər. Soyğunçular şifrəsini öyrəndikləri kredit kartından pulları çəkərək ələ keçirdikləri yük maşınını yolda buraxıblar, taksiyə minərək Bursadan ayrılıblar.

Ekrem Sancarı yaralı halda dərədə yerli sakinlər tapıblar və polisə məlumat veriblər. Polis onun ifadəsini alıb və jandarma ilə birlikdə əməliyyata başlayaraq soyğunçuların mindikləri taksinin nömrəsini müəyyən edib. Daha sonra taksinin sürücüsü ilə telefon əlaqəsi yaradıblar və onun İstanbul Atatürk hava limanına yaxınlaşdığını öyrəniblər.

Türkiyədə iş adamının əl-qolunu bağlayıb soyan Azərbaycan vətəndaşlarının fotoları

Dərhal Atatürk hava limanının polisi bu barədə məlumatlandırılıb və 4 soyğunçu yaxalanıb. Bunlar Dilqəm Bağırovla birlikdə Azərbaycan vətəndaşları, 26 yaşlı Mahal Əhmədov, 23 yaşlı Şəhadət Bayramov, 23 yaşlı Rəşad Vəlizadədir. Onlar polislər tərəfindən cinayətin törədildiyi Osmanqazi qəsəbəsinə aparılıb, ilkin dindirmədən sonra soyğunçuların sabah iyulun 24-də barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkməyə çıxarılacağı bildirilir. Ekrem Sancara isə xəstəxanada tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Tarix: 23-07-2017, 17:45
Xəbəri paylaş





Xəbər lenti