Ermənistan ordusunun çavuşu asılmış vəziyyətdə tapıldı

Ermənistan ordusunun çavuşu asılmış vəziyyətdə tapıldı Ermənistanda kiçik çavuş, müddətli xidmət edən əsgər Vardan Artavazdoviç Melkonyanın meyiti asılmış vəziyyətdə tapılıb.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Kədər hissi ilə bildiririk ki, iyulun 23-ü təqribən 06.30 radələrində hərbi hissələrdən birinin yaxınlığında hissəni özbaşına tərk etmiş 1998-ci il təvəllüdlü kiçik çavuş Vardan Artavazdoviç Melkonyanın asılmış meyiti tapılıb. Təhqiqat aparılır".
Tarix: 24-07-2017, 00:09
Xəbəri paylaş





Xəbər lenti