İstanbulda iki təyyarə toqquşdu –Xəsarət alanlar barədə məlumat verilmir
İstanbulda Atatürk hava limanında enmə-qalxma zolağında İstanbul-Aktau və İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən iki təyyarə toqquşub.Məlumata görə, "Türk Hava Yolları"na məxsus İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən təyyarənin qurğu hissəsi zədələnib.
Sərnişinlər dərhal təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Təyyarələrin hansı şəraitdə və hansı səbəbdən toqquşması barədə hələlik məlumat açıqlanmayıb/Trend.
Tarix: 27-07-2017, 13:10