Dərnəgül yolunda yük maşını 8 avtomobili əzib
Bakının Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari yol qəza baş verib."Report" xəbər verir ki, Ziya Bünyadov prospektində yerləşən tuneldə "Shaqman" markalı "99-EJ-717" dövlət qeydiyyat nişanlı yük maşını 8 minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri "Hyundai" markalı minik avtomobilinin sürücüsü olan Ruslan adlı şəxsdir.
Hazırda Ziya Bünyadov prospektinə giriş-çıxış bağlanıb.
Tarix: 29-07-2017, 00:31