Bakıda tanınmış həkimə qarşı ağlasığmaz cinayət: Əl-qolunu bağlayıb evini soydular
Görkəmli uroloq- alim, professor Kamal Abdullayev və həyat yoldaşı quldurluq hadisəsinə məruz qalıblar.Musavat.com Axar.az-a istinadən xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında, görkəmli alimin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evində baş verib.
Üç naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar.
Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.
Tarix: 31-07-2017, 00:25