Hacıqabulda silahlı insident baş verib, 5 nəfər ölüb
Hacıqabulda naməlum şəxslər yaşayış evinə silahlı basqın edib.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Сinayətin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
Tarix: 31-07-2017, 08:39