Əli Həsənovun maşını Bakıda qəzaya uğradı ÖLƏNLƏR VAR, FOTO, VİDEO, YENİLƏNİB

Əli Həsənovun maşını Bakıda qəzaya uğradı ÖLƏNLƏR VAR, FOTO, VİDEO, YENİLƏNİB Əli Həsənovun maşını Bakıda qəzaya uğradı
Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində qəzaya uğrayan “Mercedes Galendevagen” baş nazirin müavini Əli Həsənova məxsusdur.

* * *
APA bildirir ki, yol-nəqliyyat hadisəsi zamanı Əli Həsənovun nəvəsinin sürücüsü Mehdi Əliyev həlak olub.

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

“Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və arxadan “VAZ 21015” markalı avtomobilə çırpılıb.

Daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir. Qəza nəticəsində “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisədən sonra prospektdə uzun tıxac yaranıb.
Tarix: 4-08-2017, 00:10
Xəbəri paylaş





Xəbər lenti