Ağalarovların biznes tərəfdaşını öldürdülər

Ağalarovların biznes tərəfdaşını öldürdülər Moskva “Okeanarium”unun həmtəsisçisi və baş direktoru Andrey Çernov öldürülüb. Okeanarium Azərbaycan əsilli biznesmen Araz Ağalarovun “Krokus citi” əyləncə mərkəzində yerləşir.

Avqustun 4-də səhər saatlarında Suvorov parkında qaçarkən ona azı 6 güllə vurulub. Baş İstintaq İdarəsi qətllə bağlı cinayət işi açıb.

Bu barədə “Rossiyskaya qazeta” yazır. Hüquq-mühafizə orqanlarındakı mənbə qəzetə deyib ki, qətli sifarişlidir, biznes maraqlarının toqquşması ilə bağlıdır.


Amma həyat yoldaşı deyir ki, Çernovun belə problemləri yox idi.

Bu nəhəng okeanariumun açılışını ötən ilin dekabrında Araz və Emin Ağalarovlar etmişdi.
Tarix: 6-08-2017, 00:16
Xəbəri paylaş





Xəbər lenti