Fransada azərbaycanlı öldürüldü –Türkiyə vətəndaşları ilə davada...
Fransa vətəndaşı olan 44 yaşlı azərbaycanlı Strasburqda qətlə yetirilib. APA-nın xəbərinə görə, Strasburqda Türkiyə vətəndaşları ilə aralarında yaranmış münaqişə zəminində Şirvan şəhərindən olan Fransa vətəndaşı, 1973-cü il təvəllüdlü Rəsulov Adil Əmirxan oğlu bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Hazırda A.Rəsulovun meyiti şəhər morqlarından birində saxlanılır. Meyit bazar ertəsi pataloq anatom tərəfindən müayinə olunduqdan sonra Azərbaycana yola salınacaq.
Faktla bağlı Fransanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Tarix: 6-08-2017, 16:41