Çeçenistanda təyyarə maşınla toqquşdu -VİDEO

Çeçenistanda  təyyarə maşınla toqquşdu -VİDEO Hadisə nəticəsində ağır xəsarət alan pilot xəstəxanaya yerləşdirilib
Çeçenistanın Şelkovsk rayonunda magistral yolda yüngülmotorlu təyyarə minik avtomobili ilə toqquşub.

Bu barədə “Grozny.tv” Çeçenistan DİN mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata əsasən, “Rа 0508A” yüngülmotorlu təyyarə naməlum səbəbdən avtomobil yolundan havaya qalxmağa cəhd edərkən “İJ” markalı maşına çırpılıb.

Hadisə nəticəsində ağır xəsarət alan pilot xəstəxanaya yerləşdirilib. Polis hadisənin təfərrüatlarını araşdırır.


Tarix: 8-08-2017, 08:30
Xəbəri paylaş





Xəbər lenti