Kəmaləddin Heydərov olmasaydı... - Görün nə dedilər

Kəmaləddin Heydərov olmasaydı... - Görün nə dedilər Bu gün axşam saatlarında Nərimanov rayonunda “Montin parkı” kimi tanınan istirahət parkında yanğın baş verib.

Siam.az moderator.az-a istinadən xəbər verir ki, yanğının dəqiq səbəbi bilinməsə də ərazidə oynayan kiçik yaşlı uşaqların ehtiyyatsız davranışından quru ot kütləsinin yanğına səbəb olduğu bildirilir.

Maraqlıdır ki, yanğınla bağlı parkın yaxınlığındakı binada yaşayan tanınmış hüquqşünas Qurban Məmmədov dərhal Fövqəladə hallar Nazirliyinin müvafiq qurumuna zəng edərək təhlükə barədə xəbər verib. Onun telefon zəngindən cəmisi 7-8 dəqiqə sonra 2 yanğınsöndürmə maşını və post patrul xidmətinin əməkdaşları hadisə yerinə gələrək qısa zamanda yanğını söndürüb. Beləliklə paytaxtın ən gözəl və yaraşıqlı parklarından birinin sıradan çıxmasının qarşısı alınıb.

Qeyd edək ki, yanğınsöndürmə briqadasının belə opertaivlik sərgiləməsi ərazidə yaşayan sakinləri çox məmnun edib və onlar bunu fövqalədə hallar naziri Kəmaləddin Heydərovun xidməti kimi qiymətləndirərək minnətdarlıqlarını ifadə ediblər. Onlar bildirib ki, nazir və onun komandası olmasaydı, bu gözəl park sıradan çıxa bilərdi.
Tarix: 9-08-2017, 18:19
Xəbəri paylaş





Xəbər lenti