Yevlaxda qadın qızı ilə birgə özünü 2-ci mərtəbədən yerə atıb

Yevlaxda qadın qızı ilə birgə özünü 2-ci mərtəbədən yerə atıb Yevlaxda qadın qızı ilə birgə intihara cəhd edib.



"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kövər kəndində baş verib. Kənd sakini 1985-ci il təvəllüdlü Bayramova Aygün Mahir qızı ailə münaqişəsi zəminində körpə övladı ilə birgə özünü yaşadığı həyət evinin ikinci mərtəbəsindən yerə atıb. Nəticədə ana və qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.



Faktla bağlı araşdırma aparılır.
Tarix: 25-08-2017, 07:31
Xəbəri paylaş





Xəbər lenti