NATO-nun baş katibi Polşada yol qəzasına düşüb

NATO-nun baş katibi Polşada yol qəzasına düşüb NATO-nun baş katibi Yens Stoltenberq Varşavada avtomobil qəzasına düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Polşa polisi məlumat yayıb.
Yol qəzasında Hökumətin Mühafizə Bürosunun (HMB) maşın karvanı iştirak edib. Qeyri-rəsmi məlumatlara görə, Stoltenberq onlardan birində olub.

Qəza zamanı ikisi polis əməkdaşı olmaqla 4 nəfərin xəsarət aldığı məlumdur.
Tarix: 25-08-2017, 07:33
Xəbəri paylaş





Xəbər lenti