Balakəndə BİABIRÇILIQ: Kişi vətəndaş nikahında yaşadığı qadının 12 yaşlı qızını hamilə qoydu

Balakəndə BİABIRÇILIQ: Kişi vətəndaş nikahında yaşadığı qadının 12 yaşlı qızını hamilə qoydu Balakəndə 12 yaşlı qız hamilə qalıb.
Rayon hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib.
Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.
Daxil olan məlumat əsasında Balakən rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.

***
Balakən rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir:
“Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub və barəsində həbs qətimkam tədbirləri görüləcək.
Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur”.
Tarix: 26-08-2017, 16:58
Xəbəri paylaş





Xəbər lenti